03:39 30 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
127 0 0

Əvvəlcə qatillər qızı üzü üstə yerə yıxıblar. Sonra onlardan biri tərpənə bilməməsi üçün onun kürəyində oturub, digəri isə qızın boğazını kəsib.

BAKI, 22 iyun — Sputnik. Tovuz Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyatçıları rayonun Aşağı Quşçu kəndinin 17 yaşlı sakini Günay Gülməmmədovanı vəhşicəsinə qətlə yetirən canilərin axtarışını davam etdirirlər. Xatırladaq ki, iyunun 19-da xüsusi amansızlıqla qətlə yetirilən rayon sakininin meyiti evlərindən 500-600 metr aralıda, Tovuzun Əsrik çayında aşkar edilib. İlkin rəyə görə, meyit G.Gülməmmədovanın ölümündən 3-4 saat sonra aşkar edilib.

Sputnik-ə Tovuz Rayon Prokurorluğundan verilən məlumata görə, meyitin üzərində, ikisi boğaz nahiyəsində olmaqla, 7 kəsici-deşici alətlə vurulan yaralar aşkar edilib. Yaraların dərin olması ekspertlərdə o qənaəti yaradıb ki, yaralar ya iri bıçaqla, ya da ət doğramaq üçün istifadə edilən orta həcmli balta ilə törədilib.

"Günay Gülməmmədovanı başqa ərazidə öldürərək, meyitini çaya atıblar. Onun topuğunda olan zədə izləri onu sübut edir ki, cani tək olmayıb. Yaraların izinə görə ehtimal etmək olar ki, əvvəlcə canilər qızı üzü üstə yerə yıxıblar, sonra onlardan biri tərpənə bilməməsi üçün onun kürəyində oturub, digəri isə qızın boğazını kəsib. İri gövdəli olan Gülməmmədovanı tək adamın öldürə bilməsi çətin olardı", — hüquq müdafiə orqanlarının əməkdaşları bildiriblər.

Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, G.Gülməmmədova bakirə olub, odur ki, qətldə zorlanma amili istisna edilir.

Bu arada cinayətkarların axtarışı zamanı şübhəlilər siyahısına Günayın qardaşı da düşüb — məlum olub ki, 6 gün əvvəl o, bacısının mobil telefonunu naməlum adamla tez-tez danışdığına görə, əlindən alıb və sındırıb ki, bu da onunla qardaşı arasında ciddi mübahisəyə səbəb olub. Hələlik bu versiya sübuta yetirilmədiyinə görə Gülməmmədovanın qardaşı saxlanılmayıb.

Əslində, əməliyyatçılar bu versiyanın öz təsdiqini tapacağından əmin deyillər: "Biz onu danışdırmışıq. Ruhi xəstədir. O, boynuna aldı ki, hirsindən bacısının telefonunu alıb yerə çırpıb, amma onun ölümündə heç bir əli yoxdur. Hələ ki, axtarışlarımız davam edir".

Əməliyyatçılar, bununla yanaşı, Günayın əlaqə saxladığı oğlanı da tapıb dindiriblər. O, əvvəlcə Günayla görüşmədiyini, ancaq telefonla əlaqə saxladığını söyləsə də, sonradan qızla evlərinin yaxınlığında bir neçə dəfə görüşdüyünü etiraf edib. Gülməmmədova atası və analığının yuxuya getməsini gözləyərək, görüşə gedirmiş.

Günay Gülmmədova 9-cu sinifdən sonra məktəbə də getməyib. Analığının dediyinə görə, hər gün günorta saatlarında Günay qonşunun körpəsi ilə oynamaq üçün onlara gedərmiş. Elə qətlə yetirildiyi gün də evdən qonşuya getmək adı ilə çıxıbmış.

Hazırda fakt üzrə araşdırmalar davam edir.

Əlaqədar

Xaçmazda yerli sahibkar qətlə yetirildi
Gəncədə yaşlı qadını qətlə yetirən şəxs tutulub
Bakıda 80 yaşlı kişi arvadını qətlə yetirdi
Ad günündə oğlanı qətlə yetirən şəxs tutulub
Qoca ər-arvadı qətlə yetirməkdə şübhəli bilinən iki nəfər saxlanıldı
Bakıda dəhşətli qətl
Teqlər:
meyit, Əsrik çayı, Günay Gülməmmədova, Aşağı Quşçu kəndi, cinayət, qətl, Tovuz Rayon Polis İdarəsi

Əsas mövzular