Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə üç otaqlı ev tamam yanıb

© AFP 2023 / Sergei SupinskyYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Fevralın 28-də saat 02:34 radələrində rayonun Aşağı Şabalıd kəndində, kənd sakini Rəhman Yəhyayevə məxsus birmərtəbəli 3 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

BAKI, 28 fev — Sputnik. Şəkidə fərdi yaşayış evi yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, fevralın 28-də saat 02:34 radələrində rayonun Aşağı Şabalıd kəndində, kənd sakini Rəhman Məbud oğlu Yəhyayevə məxsus, ümumi sahəsi 238 kv/m olan, birmərtəbəli 3 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

Hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları  ilə birlikdə tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Məlumatda bildirilir ki, ev sahibləri müvəqqəti Bakı şəhərində yaşadığı üçün yanğın baş verən zaman evdə heç kim olmayıb. Yanğın barəsində FHN-nin 101 xidmətinə qonşular məlumat veriblər.

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır. 

Xəbər lenti
0