23:45 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
4301

Yanvarın 25-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub.

BAKI, 25 yan — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvarın 25-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub. 

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 3-24, Böyük Qafqazda 1-17, Kiçik Qafqazda 5-6, Mərkəzi-Aran rayonlarında 3-15, Qazax-Gəncə zonasında 3-9, Naxçıvan MR-da 1-7, Bakıda və Abşeron yarımadasında 1-6 mm olub.

Qar örtüyünün hündürlüyü hazırda dağlıq rayonlarda 12-41, dağətəyi rayonlarda 1-9 sm-ə çatıb. 

Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib. 

Əsas mövzular