03:52 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Oğurluq

"Azərpoçt"un regional şöbəsinin sənədləri oğurlanıb

CC0 / 526663 / door
HADİSƏ
Qısa URL
82701

“Azərpoçt” MMC-nin Lənkəran regional poçt filialının rayonun Sütəmurdov kəndindəki poçt şöbəsində oğurluq hadisəsi qeydə alınıb.

BAKI, 26 dek — Sputnik. Lənkəranda oğurluq hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə ötən gecə “Azərpoçt” MMC-nin Lənkəran regional poçt filialının rayonun Sütəmurdov kəndindəki poçt şöbəsində qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər poştun plastik pəncərəsindən daxil olaraq içəridəki seyfi özləri ilə aparıblar. Məlumata görə, seyfdə poçta aid sənədlər saxlanılıb.

Hadisə barədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə xəbər verilib. Polis əməkdaşları hazırda faktla bağlı araşdırma aparırlar.

Əsas mövzular