22:49 13 Dekabr 2017
Canlı yayım
NTV

Məşhur telekanala basqın edildi

HADİSƏ
Qısa URL
34901

İşçilərdən bir neçəsi möhkəm döyülüb.

BAKI, 12 noy – Sputnik. Türkiyənin NTV telekanalı Ankara bürosunun binasına basqın edilib. Solçu terror təşkilatı “Xalq İnqilabı Qurtuluş Cəbhəsi” üzvləri televiziya əməkdaşlarına qarşı zor tətbiq ediblər. İşçilərdən bir neçəsi möhkəm döyülüb.

Solçu radikallar kanalın binası üzərinə "Rədd ol G-20” şüarı yazıblar. Hadisə yerinə gələn polis binaya daxil olaraq, etirazçılardan 9-nu həbs edib. Onlar dərhal polis bölməsinə aparılıb.

“Xalq İnqilabı Qurtuluş Cəbhəsi” (DHKP-C) Türkiyədə terrorçu təşkilat kimi tanınır və onun fəaliyyəti qanunla yasaqlanıb. 

Əsas mövzular