https://sputnik.az/20210916/Azrbaycanda-Mu-tammna-yoluxma-var-427937093.html
Azərbaycanda "Mu" ştammına yoluxma var? Hande Harmancı suala özünəxas formada cavab verdi
Azərbaycanda "Mu" ştammına yoluxma var? Hande Harmancı suala özünəxas formada cavab verdi
Sputnik Azərbaycan
Hande Harmancı deyib ki, COVID-19-un "Mu" ştamı ilə yoluxma faktı qeydə alındıqda, ictimaiyyət bu barədə məlumatlandırılacaq. 16.09.2021, Sputnik Azərbaycan
2021-09-16T16:51+0400
2021-09-16T16:51+0400
2021-09-16T15:51+0400
xəbərlər
səhiyyə
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42438/71/424387171_0:62:3423:1987_1920x0_80_0_0_55a2eafcd293d5bc1c1632e46222f822.jpg
BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının "Mu" ştammı ilə yoluxma faktı qeydə alınmayıb.Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.O qeud edib ki, "Mu" ştammının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır.""Mu" ştammı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb. Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un "Mu" ştamı ilə yoluxma faktı qeydə alındıqda, ictimaiyyət bu barədə məlumatlandırılacaq", - deyə Harmancı əlavə edib.Türkiyədə "Mu" ştammıSentyabrın 9-da Türkiyənin səhiyyə naziri Fahrettin Koca Türkiyədə iki nəfərdə koronavirusun "Mu" ştammının aşkarlandığını bildirib. O qeyd edib ki, "Mu" ştammı ilə bağlı Türkiyədə hər hansı bir yeni qayda qəbul olunmayacaq.Səhiyyə naziri vurğulayıb ki, Türkiyədə koronavirusa yoluxma hallarının 90%-dən çoxu "Delta" və ya "Delta Plus" ştammı təşkil edir: "İki doza vaksin vurduran şəxslərin sayının artması ilə bağlı yoluxma hallarının zamanla düşəcəyini düşünürəm. Lakin kütləvi immunitetlə yanaşı, maska, məsafə kimi bildiyimiz klassik qaydalara mütləq riayət etmək lazımdır"."Mu" BritaniyadaQeyd edək ki, daha əvvəl Böyük Britaniyada koronavirusun yeni "Mu" ştammına 48 yoluxma faktı qeydə alınıb. Bu barədə "The Mirror" qəzeti yazıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, "Mu" (Mü) və ya B.1.621 ştammı hazırda 39 ölkədə yayılıb.Alimlər bu mutasiyanın COVID-19 vaksinlərinə qarşı daha davamlı olduğunu təxmin edirlər. Xatıradaq ki, "Mu" ştammı ilin əvvəlində Kolumbiyada aşkarlanıb. "Mu" variantının ümumən yayılması yavaş olsa da, Kolumbiya və Ekvadorda bu proses artmaqda davam edir.Həmçinin oxuyun:* "Koronavirusun yeni yayılmış "Mu" ştammının təhlükəsi - Sürətlə yoluxdurur...* İnfeksionist: “Koronavirusun yeni növləri yaranacaq”* Koronavirusun "Beta" və "Delta" ştamlarından daha təhlükəli növü aşkarlanıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42438/71/424387171_345:0:3076:2048_1920x0_80_0_0_86169f7f3792a18efcf6ebb4bb21f9ac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Azərbaycanda "Mu" ştammına yoluxma var? Hande Harmancı suala özünəxas formada cavab verdi
Hande Harmancı deyib ki, COVID-19-un "Mu" ştamı ilə yoluxma faktı qeydə alındıqda, ictimaiyyət bu barədə məlumatlandırılacaq.
BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının "Mu" ştammı ilə yoluxma faktı qeydə alınmayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O qeud edib ki, "Mu" ştammının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır.
""Mu" ştammı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb. Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un "Mu" ştamı ilə yoluxma faktı qeydə alındıqda, ictimaiyyət bu barədə məlumatlandırılacaq", - deyə Harmancı əlavə edib.
Sentyabrın 9-da Türkiyənin səhiyyə naziri Fahrettin Koca Türkiyədə iki nəfərdə koronavirusun "Mu" ştammının aşkarlandığını bildirib. O qeyd edib ki, "Mu" ştammı ilə bağlı Türkiyədə hər hansı bir yeni qayda qəbul olunmayacaq.
Səhiyyə naziri vurğulayıb ki, Türkiyədə koronavirusa yoluxma hallarının 90%-dən çoxu "Delta" və ya "Delta Plus" ştammı təşkil edir: "İki doza vaksin vurduran şəxslərin sayının artması ilə bağlı yoluxma hallarının zamanla düşəcəyini düşünürəm. Lakin kütləvi immunitetlə yanaşı, maska, məsafə kimi bildiyimiz klassik qaydalara mütləq riayət etmək lazımdır".
Qeyd edək ki, daha əvvəl Böyük Britaniyada koronavirusun yeni "Mu" ştammına 48 yoluxma faktı qeydə alınıb. Bu barədə "The Mirror" qəzeti yazıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, "Mu" (Mü) və ya B.1.621 ştammı hazırda 39 ölkədə yayılıb.
Alimlər bu mutasiyanın COVID-19 vaksinlərinə qarşı daha davamlı olduğunu təxmin edirlər. Xatıradaq ki, "Mu" ştammı ilin əvvəlində Kolumbiyada aşkarlanıb. "Mu" variantının ümumən yayılması yavaş olsa da, Kolumbiya və Ekvadorda bu proses artmaqda davam edir.