21:38 25 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
SƏHİYYƏ
Qısa URL
29 0 0

Məlum olub ki, SARS2-38 koronavirusun bütün geniş yayılmış variantları – "alfa", "beta", "qamma", "delta", "kappa" və "yota" ilə, eləcə də ən nadir mutasiyalarla mübarizə aparmağa qadirdir.

BAKI, 23 avqust — Sputnik. Vaşinqton Universitetinin Tibb Məktəbinin alimləri koronavirusun bütün məlum ştamlarını neyterallaşdırmağa qadir olan antitel aşkarlayıblar. Araşdırmanın nəticələri ali məktəbin rəsmi internet saytında yayımlanıb. Sputnik Azərbaycan bu barədə RİA Novostiyə istinadla məlumat yayıb.

Tədqiqatın müəllifləri 43 antitelı öyrənərək onların SARS-CoV-2 virusunun ilkin variantı ilə yoluxmanın qarşısını necə aldığını analiz ediblər. Daha sonra neytrallaşdırıcı hissəciklər arasından ən güclü olan doqquzu gəmiricilər üzərində sınaqdan keçirilib və ən effektlisi seçilib.

Beləliklə, məlum olub ki, SARS2-38 koronavirusun bütün geniş yayılmış variantları – "alfa", "beta", "qamma", "delta", "kappa" və "yota" ilə, eləcə də ən nadir mutasiyalarla mübarizə aparmağa qadirdir.

Həmçinin oxuyun:

Professor: “Ola bilər ki, 5-ci dozanın qəbuluna zərurət yaransın”

Əsas mövzular