BAKI, 18 iyul - Sputnik. Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov bildirib ki, COVID-19-da sağalıb, sonra vaksin vurduranların immuniteti koronavirusdan əla qoruyur.
Sputnik Azərbaycan bildirir ki, bu barədə o, özünün Telegram kanalında məlumat verib.
"Xəstəliyi keçirəndən sonra vaksin vurduranların immuniteti onları hazırda məlum olan koronavirus ştammlarından, eləcə də "delta"dan sadəcə xəstəliyi keçirib, ancaq vaksin vurdurmayanlardan, eləcə də xəstələnməmiş, amma vaskin vurdurmuşlardan daha etibarlı qoruyur", - həkim izah edib.
O, həmçinin həmkarlarından birinin COVID-19-dan sağalanların koronavirusun yeni variantlarından birinə tutularkən onu ağır keçirmə şansının az olması, əgər vaksin olunarlarsa, ümumiyyətlə "gülləkeçirməz" olduqları barədə fikirlərini də sitat gətirib.
Rusiyanın bütün bölgələrində "Sputnik V", "EpiVakKorona" və "KoviVak"la vaksinasiya aparılır. Revaksinasiya üçün "Sputnik Layt"dan istifadə edilir.
Koronavirusun ştammları
Xatırladaq ki, Uhanda SARS-Cov-2 yeni tip koronavirusunun yayılması barədə məlumatı 2019-cu il dekabrın 31-də Çin Ümumdünya Səhiyyə Təşkilatına verib. 2020-ci ilin martında isə ÜST koronavirus epidemiyasını pandemiya elan edib.
2021-ci il iyunun 2-də Ümumdünya Səhiyyə Təşkilatı qərar verib ki, COVID-19-a səbəb olan koronavirus ştammları bundan sonra yunan əlifbasının hərfləri ilə adlandırılsın.
Bunadək koronavirus ştammları "coğrafi" adlarla bilinirdi – virusun yeni versiyası hansı ölkədə geniş yayılırdısa, həmin ölkənin adı ilə da adlandırılırdı. Ancaq ÜST-də belə hesab etdilər ki, bu sistem ayrı-seçkiliyə səbəb olur və ölkələr haqqında əsassız mənfi assosiasiya yarada bilər. Elə bu səbəbdən də, SARS-CoV-2-nin "Çin mənşəli" virus adlandırılmasına son qoyulub.
Beləliklə, hazırda koronavirusun "Britaniya" ştammı "Alfa", Cənubi Afrika ştammı "Beta", "Braziliya" ştammı "Qamma", Hindistan ştammı isə "Delta" adlandırılır.
Eləcə də oxuyun:
- Müasir texnologiyalar koronavirus yaratmağa imkan verir: alim COVID-in mənşəyi haqda
-
Kubadan koronavirusa qarşı yüz faizlik peyvənd – Abdala
-
ÜST-dən SOS: "Delta" ştammı uşaqlar üçün daha təhlükəlidir!
-
İlk dəfə açıqlandı: "Pfizer", "Sinovac"dan 10 dəfə daha artıq anticisim yaradır
-
Koronavirussuz səyahət: hələlik PZR testlə, tezliklə peyvənd pasportu ilə
-
Azərbaycanda qeydə alınan "Delta" ştammının təhlükəsi - TƏBİB rəsmisi açıqladı