CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Delta" ştammı ölkəyə necə gəlib? Baş infeksionist açıqladı

© AFP 2023 / INA FASSBENDERЭкспресс-тест на Covid-19, фото из ахрива
Экспресс-тест на Covid-19, фото из ахрива - Sputnik Azərbaycan, 1920, 15.07.2021
Abunə olmaq
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov xəstəliyin gizli dövrünün olduğunu bildirib. O, bəzən PZR testi qeyri-qanuni yollarla əldə olunduğunu bildirib.

BAKI, 15 iyul — Sputnik. Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov "Delta" ştammının ölkəyə necə keçməsi ilə bağlı fikirlərə münasibət bildirib. Sputnik Azərbaycan-ın məlumatına görə, Səhiyyə Nazirliyinin "Instagram" səhifəsində çıxış edən T.Eyvazov bildirib ki, uçuşdan əvvəl verilən testin nəticəsi neqativ çıxsa da, müəyyən vaxtdan sonra nəticəsinin pozitiv olduğu üzə çıxır:

"Xəstəliyin gizli dövrü var. Sonuncu dövrdə virus özünü pozitiv olaraq büruzə verə bilər. Bilirik ki, adətən uçuşdan 72 saat əvvəl PZR testi nəticəsində nəticə neqativ ola bilər. Lakin keçən müddətdən sonra tənəffüs yollarına düşən virus növbəti analizdə pozitiv çıxa bilər", - deyə T.Eyvazov bildirib.

Baş infeksionist həmçinin bildirib ki, bəzən PZR testi qeyri-qanuni yollarla əldə olunur.

Azərbaycanda "Delta" ştammı 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi iyulun 13-də birgə açıqlama yayıb. Açıqlamaya görə, son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.

Koronavirusun Hindistan ştammı

İkiqat mutasiya ilə tanınan B.1.617 ştammı ilk dəfə Hindistanın Maharaştra əyalətində müəyyən olunub. Həkimlərin fikrincə, Hindistanda ikinci koronavirus dalğasının səbəblərindən biri də məhz bu mutasiya ilə bağlıdır. Son vaxtlar virusun bu variantı bir çox başqa ölkələrdə də qeydə alınıb.

Hindistan ştammı  "Delta" özü də mutasiyaya məruz qalıb. Onun ortaya çıxan yeni növü isə "Delta-plyus" adlandırılıb. Mutasiya olunmuş virusa ilk yoluxma hadisəsi də elə eyni ölkədə - Hindistanda qeydə alınıb. Bu günlərdə "Delta-plyus"dan ilk ölüm halı da müəyyən olunub. Həmin şəxs peyvənd olunmayıbmış.

Hindistan ştammına yoluxanlarda qarında ağrı, iştahanın itməsi, ürəkbulanması, ishal müşahidə olunur. Öskürək və hərarətin qalxması da baş verə bilər.

Eləcə də oxuyun:

Xəbər lenti
0