17:46 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
SƏHİYYƏ
Qısa URL
7296 0 0

"BioNTech/Pfizer" peyvəndini kəşf edən Uğur Şahin və Özlem Türeci bildiriblər ki, avqust ayında peyvəndin yeni versiyası ilə bağlı elmi məqalə çap olunacaq. 

BAKI, 13 iyul — Sputnik. "BioNTech/Pfizer" peyvəndini kəşf edən türk əsilli Almaniya alimləri Uğur Şahin və Özlem Türeci 100 gün ərzində peyvənd preparatının daha güclü versiyasının hazır olacağını bildiriblər.

Fransanın "Les Echos" qəzetinə müsahibə verən alimlər ilkin klinik sınaqların başa çatmasından sonrakı 100 gün ərzində "Pfizer/BioNtech"-in koronavirusun yeni ştammlarına uyğunlaşdırılmiş versiyasının hazır olacağını bildiriblər. Həmin tarix bu ilin oktyabr ayına təsadüf edir.

"Əsas məqam peyvəndimizdə orijinal virusun zülalının genetik kodunu yeni ştammın kodu ilə əvəzləməkdən ibarətdir", – deyə Türeci bildirib.

O qeyd edib ki, avqust ayında "Pfizer/BioNTech"-in yeni versiyası ilə bağlı elmi məqalə çap olunacaq. Bundan sonra aparılacaq klinik sınaqlar peyvəndin koronavirusun mutasiyaya uğramış "Delta" variantına qarşı daha yaxşı təsir göstərməsinə imkan verəcək.

Xəbər verdiyimiz kimi, koronavirusun "Delta" ştammının dünyada yayılmasından sonra "BioNTech/Pfizer" vaksininin koronavirusa qarşı effektivliyinin aşağı düşdüyü bildirilmişdi. Bu, İsraildə aparılmış araşdırma nəticəsində ortaya çıxmışdı. İsrailin Səhiyyə Nazirliyindən bildirilmişdi ki, 6 iyun tarixindən etibarən sözügedən peyvənd preparatının koronavairusun yayılması və simptomatik halların qarşısının alınmasındakı effektivliyi 64 faizə qədər geriləyib. Bununla belə, preparatın xəstəxanaya yerləşdirilmə və xəstəliyin çox ağır formada keçməsinin qarşısının alınmasındakı təsiri hələ də 93 faiz olaraq göstərilir.

İsrail hökuməti sözügedən preparatın effektivliyinin azıalmasının ölkədə yayılmağa başlayan koronavirusun "Delta" ştammı ilə əlaqədar ola biləcəyini istisna etməmişdi.

Qeyd edək ki, 9,3 milyon əhalisi olan İsraildə vətəndaşların 60 faizi ən az bir doza "BioNTech/Pfizer" preparatı ilə vaksinasiya olunub.

Xatırladaq ki, may ayında "The Lancet" jurnalında dərc olunmuş məqaləyə görə, "BioNTech/Pfizer"-in 2-ci dozasından sonra koronavirusun yayılması, simptomatik və ağırlaşma hallarının qarşısının alınmasında 97 faiz effektli olduğu bildirilmişdi.

Azərbaycanda vaksinasiya

Ölkəmizdə 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb. Əvvəlcə vaksinasiyada Çinin SinoVac şirkətinin peyvəndindən istifadə olunsa da, bir müddət sonra "AstraZeneca", "Pfizer" və Rusiya istehsalı olan "Sputnik V" vaksinlərinin tətbiqinə də icazə verilib.

 

Əsas mövzular