18:39 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
SƏHİYYƏ
Qısa URL
24 0 0

Koronavirusinfo.az saytında paytaxt və bölgələr üzrə koronavirusa ən çox yoluxma ocaqları qeyd olunub.

BAKI, 21 iyun — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə statistik rəqəmlər koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, ölkədə virusa yoluxanların 54,2%-i Bakının payına düşür. Yoluxma göstəricisi Abşeronda 13%, Aranda 12%, Gəncə-Qazaxda 7,2%, Şəki-Zaqatalada 4,1%, Quba-Xaçmazda3,1 %, Lənkəranda2,4 %, Dağlıq Şirvanda 2,3%, Yuxarı Qarabağda 1,4%, Naxçıvan Muxtar Respublikasında 0,8%-dir.

Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,3% təşkil edir. Bakıda ən yüksək yoluxma yenə də Binəqədi rayonunda qeydə alınıb. Paytaxtda aşkarlanan yoluxma faktlarının 14,6%-i bu rayonun payına düşür. Sonrakı yerlərdə 13,4%-lə Xətai, 12,2%-lə Yasamal, 11,2%-lə Sabunçu, 8,2%-lə Nərimanov və Suraxanı, 7,9%-lə Nəsimi, 7,2%-lə Xəzər, 7,1%-lə Nizami 5%-lə Səbail, 4,5%-lə Qaradağ, 0,5%-lə isə Pirallahı qərarlaşıb.

Bundan başqa, məlumatda bildirilib ki, Azərbaycan əhalisinin 19 faizi COVID-19 əleyhinə vaksinasiya edilib. Yoluxanların 51 faizi qadın, 49 faizi isə kişilərdir.

Qeyd edək ki, Nazirlər kabineti yanında Operativ Qərargah tərəfindən hər gün koronavirusa yoluxma sayı açıqlanır. İyunun 20-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.

Əsas mövzular