Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu il koronavirusdan ölənlərin sayı ötən ildən çox olub

© Sputnik / Murad OrujovМужчина в защитной маске на улице в Баку во время особого карантинного режима
Мужчина в защитной маске на улице в Баку во время особого карантинного режима - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Abunə olmaq
Ölkəmizdə qəbul olunmuş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq bu ilin yanvar ayının 18-dən peyvənd kampaniyasına başlanıb.

BAKI, 27 may — Sputnik. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev epidemioloji vəziyyəti qiymətləndirib. Sputnik Azərbaycan V.Abdullayevin müsahibəsini təqdim edir:

- Hazırkı epidemioloji vəziyyəti necə dəyərləndirirsiniz?

- Sonuna yaxınlaşdığımız may ayı ərzində COVID-19 infeksiyasına yoluxma hallarının səviyyəsinin ölkə əhalisi arasında sabitləşmə və dinamik azalma tendensiyası müşahidə olunub və yoluxmalar ailə və qohumluq əlaqəsi olan insanlar arasında daha çox qeydə alınıb. Bu da onu deməyə əsas verir ki, ölkədə tətbiq olunan karantin rejimi öz səmərəsini verib və hazırkı vəziyyətdə ölkəmizin COVID-19 infeksiyasına görə epidemioloji durumunu sabit qiymətləndirmək olar.

- Qəbul edilən yumşalmalar yoluxma sayını artıra bilərmi?

- COVID-19 pandemiyasının davam etdiyi bir ildən artıq müddətdə müxtəlif dünya ölkələrində karantin rejiminin yumşalmalarının insanlarda "təhlükəsiz şərait" təəssüratını yaratdığının və belə bir vəziyyətdə insanlarda yaranan arxayınlığın COVID-19-un yayılmasının qarşısını almaqda həlledici rolu olan profilaktika tədbirlərinə (sosial məsafə, maskadan düzgün istifadə, qapalı otaqların havasının dəyişdirilməsi, əl gigiyenası, respirator etiket qaydaları, kütləvi tədbirlərdə olmaqdan çəkinmə) əməl edilməməsinə səbəb olmaqla xəstəlik hadisələrinin yenidən artmasına şərait yaratmasının şahidi olmuşuq. Lakin inanırıq ki, artıq uzun müddətli karantin rejimi dövründə vətəndaşlarımızın adət etdiyi fərdi qorunma vərdişləri belə bir arzuolunmaz nəticələrdən kənar olmağa imkan verəcək.

- Yumşalmalarla birlikdə hansı tədbirlər görülməlidir?

- Yumşalmalar dövründə insanlar daha da ehtiyatlı olmalı, özünü və digərlərini hələ ki, ətraf mühitdə dövr edən təhlükəli virusa yoluxma risklərindən qorumaq üçün bütün mümkün tədbirləri, xüsusən yuxarıda qeyd etdiyimiz profilaktik qorunma tədbirlərini görməlidirlər.

Unutmaq lazım deyil ki, COVID-19 üzərində tam qələbə çalmaq üçün uzun bir müddət lazımdır və COVID-19 pandemiyası dünya əhalisi üçün ciddi bir təhlükə yaratmaqda davam edir. Yalnız bir statistik məlumata diqqət yetirmək kifayət edər ki, dünya üzrə 2021-ci ilin beş ayında 2020-ci ilə nisbətən koronavirus infeksiyası və bu xəstəlikdən ölüm hadisələri daha çox olub.

- Yoluxma saylarının azalmasında vaksinlərin rolunu necə qiymətləndirmək olar?

- Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVID-19 pandemiyası ilə mübarizədə vaksinasiyanın roluna xüsusi önəm verilir. Ölkəmizdə qəbul olunmuş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq bu ilin yanvar ayının 18-dən peyvənd kampaniyasına başlanıb. Hazırda ölkəmizdə ümumilikdə iki milyondan artıq doza peyvənd istifadə edilib, 880 min nəfərdən çox insan 2-ci, yəni tam peyvəndi alıb.

Xəbər lenti
0