CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Son sutkada peyvənd olunanların sayı açıqlanıb

© Sputnik / Murad OrujovВакцинация сотрудников отельной индустрии в Азербайджане
Вакцинация сотрудников отельной индустрии в Азербайджане - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1798743, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1032054 olub.

BAKI, 17 may — Sputnik. Azərbaycanda bu gün 3694 nəfər vaksinasiya olunub. Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2471 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1798743, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1032054, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 766689 nəfər təşkil edir.

Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb.

Eləcə də oxuyun:

* Azərbaycanda bir gündə COVID-ə yoluxanlarla sağalanların sayı bərabərləşir

Sabahdan Azərbaycanda "Sputnik V" vaksininin vurulmasına başlanılır

COVID əleyhinə yoqurt-peyvənd

 

Xəbər lenti
0