CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COVID-19-la mübarizə edən tibb işçilərinin narazılığına agentlikdən cavab

© AFP 2024 / CRISTIAN HERNANDEZВрач в медицинской маске, фото из архива
Врач в медицинской маске, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.05.2021
Abunə olmaq
Agentlik yaranan çaşqınlıq və narazılığa aydınlıq gətirmək üçün nümunəli izahlar verib, ay ərzində iş günlərinə/saatlarına mütənasib olaraq müddətli əlavələrin hesablama qaydasını göstərib.

BAKI, 7 may — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb işçilərinin narazılıqlarına aydınlıq gətirib. Sputnik Azərbaycan-ın məlumatına görə, agentlik COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinə əməkhaqqının hansı qaydalar çərçivəsində hesablanmasını izah edib.

Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.05.2021
SƏHİYYƏ
Ümumdünya Peyvənd Konqresi: COVID-19 əleyhinə ən yaxşı vaksin "Moderna"dır

Öncə agentlik "Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti 18 mart 2020-ci il 1947 nömrəli Sərəncamını xatırladıb. Sərəncamla Nazirlər Kabineti aşağıdakıları müəyyən edir:

• bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını

• yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini.

Azərbaycan Respublikası Nazirlər Kabineti sözügedən Sərəncama uyğun olaraq 25 mart 2020-ci il tarixində 112 nömrəli Qərar imzalayıb. Qərarda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği belə müəyyən edilir:

• tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

• təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

• pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

Qərarda bildirilir ki, müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir.

Sözügedən Sərəncam və Qərara uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2020-ci il ərzində bütün tibb müəssisələrində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə, həmçinin könüllülərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödəyib.

Bundan başqa, qeyd olunub ki, cari ilin fevral ayı ərzində ölkədə koronavirusa yoluxma sayı digər aylara nisbətən çox aşağı olması tibb və qeyri-tibb işçilərinin işə cəlb olunma günlərinə və saatlarına təsir edib.

Тело человека, умершего от COVID-19 - Sputnik Azərbaycan, 1920, 06.05.2021
"Hindistan ştammı"nın Azərbaycanda yayılma riski böyükdür

Qeyd edək ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən Agentliyə təqdim edilən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısına, iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən, cari ilin fevral ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 1542 nəfərə 259 min 72 manat müddətli əlavə ödənilib.

Agentlik yaranan çaşqınlıq və narazılığa aydınlıq gətirmək üçün nümunəli izahlar verib: "Ay ərzində iş günlərinə/saatlarına mütənasib olaraq müddətli əlavələr bu qaydada hesablanır: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli. Nümunə ilə izah edək: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli 1353 manat 85 qəpik müddətli əlavə almalıdır. 1353.85 = ((440 / 156) x 120) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır".

Xəbər lenti
0