12:29 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
SƏHİYYƏ
Qısa URL
17 0 0

"Baricitinib" preparatı ABŞ-da kəskin oksigen çatışmazlığı yaşayan COVID-19 xəstələrinin müalicəsində "Remdesivir" dərmanına əlavə olaraq istifadə olunur.

BAKI, 25 aprel — Sputnik. Yaponiya Səhiyyə, Əmək və Sosial Rifah Nazirliyinin mütəxəssis heyəti yeni növ koronavirusunun (COVID-19) müalicəsində revmatik artrit dərmanı olan "Baricitinib" preparatından istifadəni təsdiqləyib. Sputnik Azərbaycan bu barədə "CNN Türk"-ə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ-ın "Eli Lily" şirkəti tərəfindən istehsal olunan revmatik artrit dərmanı "Baricitinib" nazirliyin nəzdindəki mütəxəssis heyəti tərəfindən koronavirusun müalicəsində istifadə olunacaq tibbi preparat kimi təsdiqlənib.

Şirkət dekabr ayında dərmanın təsdiqlənməsi üçün nazirliyə müraciət etmişdi.

Qeyd edək ki, "Baricitinib" preparatı ABŞ-da kəskin oksigen çatışmazlığı yaşayan COVID-19 xəstələrinin müalicəsində "Remdesivir" dərmanına əlavə olaraq istifadə olunur.

Yaponiya hökuməti indiyə qədər koronavirusun müalicəsində "Remdesivir" və "Steroid deksametazon" dərmanlarından istifadəyə icazə vermişdi.

 

Əsas mövzular