Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Tibbi maska infeksiya mənbəyinə çevrilərsə...

© Sputnik / Murad OrujovBakıda sərtləşdirilmiş xüsusi karantin rejimi
Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi  - Sputnik Azərbaycan, 1920, 20.04.2021
Abunə olmaq
Azərbaycan Həkimləri İctimai Birliyinin idarə heyətinin üzvü Ədalət Rüstəm bildirib ki, tibbi maskadan istifadə müddəti 2 saatdan artıq ola bilməz.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 aprel — Sputnik. Azərbaycanda koronavirus pandemiyası dövründə açıq və qapalı şəraitdə maskadan istifadə məcburi olduğundan, maskadan virusdan qorunmaq məqsədilə deyil, cərimə olunmamaq üçün istifadə edənlər də az deyil. Məlumata görə, keçən ilin mart ayından bu ilin martına qədər ölkədə 77 mln. 600 min tibbi maska satılıb. Statistikanı şərh edən tanınmış iqtisadçı Natiq Cəfərli tibbi maskadan istifadə ilə bağlı hesablama aparıb: "Ölkə əhalisinin 10 yaşa qədər olan vətəndaşlarının maska taxmadığını (amma məktəblər açıq olanda taxırdılar) nəzərə alsaq, deməli, təqribən, 8,5 mln. əhali il ərzində maska taxmalı idi. Tibbi maskaların hər 2-3 saatdan bir dəyişmək lazım olduğu deyilir. Ölkədə 1 il ərzində hər vətəndaş gün ərzində ən azı 3 maska dəyişməli idi. Deməli, gün ərzində 8,5x3= 25,5 mln. ədəd, ay ərzində 765 mln. ədəd, il ərzində isə 9 milyard 180 mln. ədəd maska istifadə edilməli idi. Bizdə isə 1 ilə 77,6 mln. maska satılıb, ilə 1 nəfərə 9 maska düşür. Deməli, orta statistik vətəndaş 40 günə 1 maska istifadə edib".

İsrailin müstəqilliyinin 73-cü ildönümü - Sputnik Azərbaycan, 1920, 17.04.2021
İsraildə maska ilə bağlı kritik qərar verildi

İqtisadçı bildirib ki, maskadan belə istifadə nəinki virusdan qorumur, hətta yeni xəstəliklər üçün şərait yaradır. O qeyd edib ki, əhaliyə pulsuz maska paylanılmalıdır ki, qapalı məkanlarda, nəqliyyatda maska taxmaq həm zəruri, həm də sağlamlıq üçün təhlükəsiz olsun: "Hər vətəndaşa, heç olmasa, aya 10 maska pulsuz verilməlidir, camaat polisin, cərimənin qorxusundan və pulsuzluqdan 1 maskanı 40 gün taxır, bu zülmdür, gələcək böyük sağlamlıq problemlərinin təməlidir".

Həkimlər də tibbi maskadan uzun müddət istifadənin düzgün olmadığını söyləyirlər.

Azərbaycan Həkimləri İctimai Birliyinin (AHIB) idarə heyətinin üzvü Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tibbi maskadan istifadə müddəti 2 saatdan artıq ola bilməz. Onun sözlərinə görə, tibbi maska həmin müddətdən sonra keyfiyyətini itirir: "Tibbi maskanın əsas funksiyası qorumaqdır. İnsanlar pandemiya dövründə maskanı virusdan qorunmaq üçün istifadə edirlər. Amma bəzən bir maskanı bir gün və yaxud bir neçə gün istifadə edən insanlar var. Həmin şəxslər bilməlidirlər ki, bu zaman maska onları virusdan qorumayacaq. Əksinə, uzun müddət istifadə edilmiş maska infeksiya mənbəyinə çevriləcək".

Ə.Rüstəm xüsusilə yay fəslində bir tibbi maskadan iki saatdan artıq istifadənin düzgün olmadığını söyləyir. Onun sözlərinə görə, havalar isindikcə tərləmə nəticəsində maska daha tez çirklənir. Bu zaman maskanı tez-tez dəyişmək lazım gəlir".

Qeyd edək ki, N.Cəfərli açıq havada maska taxmaq tələbinin ləğv edilməsinin vacibliyini də qeyd etmişdi.

Xəbər lenti
0