18:08 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (62)
22 0 0

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 947947 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 591012 nəfərdir.

BAKI, 5 aprel — Sputnik. Azərbaycanda son sutkada 202 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 98 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 104 nəfərdir.

Qeyd edək ki, dünən Azərbaycanda sutka ərzində koronavirus əleyhinə 22 932 vaksin vurulmuşdu. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 451, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 481 nəfər idi.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 947947 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 591012 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 356935 nəfərdir.

 

Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (62)

Əsas mövzular