16:24 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (668)
12 0 0

Ötən həftə Avropada əhalinin vaksinasiyası ilə bağlı problem yaşanıb. 20-yə yaxın ölkə koronavirusa qarşı AstraZeneca vaksininin tətbiqindən imtina edib.

BAKI, 22 mart - Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı narahatlıq dolu məlumat yayıb.

Sputnik Azərbaycan bildirir ki, qurum dünya üzrə beş həftə dalbadal COVID-19-a yoluxma hallarının artdığını vurğulayıb. Məlumata görə, Avropada artım ötən həftə 12% olub.

Daha bir qorxulu məqam isə COVID-19-dan ölüm sayının artmasıdır.

Qeyd edək ki, ötən həftə Avropada əhalinin vaksinasiyası ilə bağlı problem yaşanıb. 20-yə yaxın ölkə koronavirusa qarşı AstraZeneca vaksininin tətbiqindən imtina edib. Vaksin vurulan insanlarda tromboz, tromboemboliya, qan laxtalanması və qanaxma kimi yan təsirlər, eləcə də ölüm halları ölkələri belə bir qərar verməyə sövq edib.

Buna rəğmən, öncə AstraZeneca şirkəti, ardından Avropa Dərman Tənzimləyicisi, BMT və ÜST vaksinin təhlükəsiz olduğunu və vaksinasiyanın tam sürətlə aprılmasının vacibliyini deyiblər.

 

Mövzu:
Yeni tip koronavirus pandemiyası (668)
Teqlər:
ölüm, yoluxma, Koronavirus, epidemiya, COVID-19, ÜST

Əsas mövzular