23:36 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0332
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (665)
2701

Aİ-nin bir sıra ölkələri, o cümlədən Avstriya, Estoniya, Litva, Lüksemburq, Latviya, Danimarka, İslandiya, Bolqarıstan, eləcə də Norveç EMA-nın Avropa İttifaqı ölkələrində istifadəsinə icazə verdiyi AstraZeneca vaksininin tətbiqini dayandırıb

BAKI, 15 mart - Sputnik. BMT Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropanın bir sıra ölkələrinin istifadəsini dayandırdığı AstraZeneca vaksininin istifadəsi barədə təlimatlarını rəhbər tutur. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu BMT baş katibinin köməkçisi Stefan Düjarrik brifinqdə söyləyib. 

Ötən həftə EMA məlumat verib ki, Avropa İttifaqının bir sıra ölkələrində AstraZeneca vaksini vurulmuş insanların durumunun pisləşməsi faktları ilə bağlı araşdırmaları davam etdirir. Tromboemboliya, qan laxtalanması kimi halların qeydə alınmasına rəğmən, ÜST vaksinasiyanın davam etdirilməsini vacib sayıb. 

"AstraZeneca və Pfizer vaksinləri COVAX mexanizmi çərçivəsində yayılır. Biz elmə və ÜST-ün göstərişlərinə əsaslanırıq. Hesab edirəm ki, ÜST ötən iki gün ərzində dəqiq olaraq aydınlaşdırma elədi ki, AstraZeneca vaksinləri ilə bir problem yoxdur", - 15-ə yaxın ölkənin imtina etməsinə rəğmən BMT-nin AstraZeneca vaksinlərini dünyaya yayması barədə suala cavab verərkən Düjarrik deyib.

Aİ-nin bir sıra ölkələri, o cümlədən Avstriya, Estoniya, Litva, Lüksemburq, Latviya, Danimarka, İslandiya, Bolqarıstan, eləcə də Norveç EMA-nın Avropa İttifaqı ölkələrində istifadəsinə icazə verdiyi AstraZeneca vaksininin tətbiqini dayandırıb. Bu gün onların sırasına İtaliya, Fransa, Almaniya və İspaniya qoşulub.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (665)
Teqlər:
ÜST, BMT, AstraZeneca, vaksin, vaksinasiya

Əsas mövzular