10:21 06 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0403
  • RUB0.0227
SƏHİYYƏ
Qısa URL
5410

Azərbaycanda indiyədək yoluxanların sayı 240671 nəfərə çatıb. Onlardan 231 061 nəfər müalicə olunaraq sağalıb, 3286 nəfər vəfat edib

BAKI, 15 mart - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 376 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumatda deyilir.

Qeyd edək ki, ötən gün bu rəqəmlər müvafiq olaraq 603 (yeni yoluxma faktı), 234 (müalicə olunaraq sağalan) və 6 (vəfat edənlər) idi.

Bununla da Azərbaycanda indiyədək yoluxanların sayı 240671 nəfərə çatıb. Onlardan 231 061 nəfər müalicə olunaraq sağalıb, 3286 nəfər vəfat edib, aktiv xəstə sayı 6324 nəfərdir.

Ölkədə son sutka ərzində 5891, hazırkı dövrədək isə 2 716 017 test aparılıb.

Teqlər:
ölənlər, yoluxma, statistika, Azərbaycan, test, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular