21:01 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
SƏHİYYƏ
Qısa URL
19 0 0

Alma sirkəsinin heç kimin ağlına gəlməyən faydaları varmış. Məsələn, onun köməyilə saç kəpəyindən, yaxud da ziyildən qurtulmaq olar

Bakı, 23 fevral - Sputnik. Dietoloq Reyçel Link Express nəşri ilə söhbətində alma sirkəsinin heç kimin ağlına gəlməyən faydalarından danışıb. 

Onun sözlərinə görə, alma sirkəsinin sağlamlığa antibakterial təsirindən əlavə, digər faydaları da çoxdur. Məsələn, zəhlətökən ziyillərdən onun köməyilə can qurtarmaq olar: pambığı sirkədə isladıb yeni yaranan ziyilin üstünə qoyaraq bir gecə saxlamaq lazımdır. 

Bir çay qaşığı şəkər tozu ilə bir neçə damcı alma sirkəsi isə hıçqırağın qarşısını ala bilir.

"Güman edilir ki, alma sirkəsinin turşluğu şəkərin qaba teksturası ilə qarışanda mədə divarının xarakterik yığılıb-açılmasına cavabdeh olan əsəb tellərini hərəkətə gətirərək hıçqırağı dayandırır", - mütəxəssis deyib. 

Saçda kəpək olanda isə alma sirkəsini baş dərisinə masajla yeritmək lazımdır.

Teqlər:
fayda, sağlamlıq, alma sirkəsi

Əsas mövzular