13:51 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (630)
18 0 0

"İngiltərəni bir sıra təhlükəsiz və effektli peyvəndlərlə təmin etdik, ancaq virusun tamamilə yox olması üçün COVID-19-a qarşı yeni peyvənd və müalicə üsulları inkişaf etdirməliyik"

BAKI, 18 fevral — Sputnik. İngiltərədə COVID-19-a qarşı mübarizə çərçivəsində inkişaf etdirilən peyvənd və müalicə üsulları üçün yeni və qeyri-adi tədqiqat aparılacaq. Dünyada ilk dəfə həyata keçiriləcək və artıq razılığı alınmış COVID-19 üzrə insan təcrübələrində 18-30 yaş arası 90 nəfər peyvənd və müalicə testləri üçün öz istəyi ilə koronavirusa yoluxdurulacaq.

Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, bu təcrübəyə sağlam və gənc könüllülər cəlb olunacaq. Elmi təcrübəyə gələn həftə başlanılması gözlənilir. Xüsusi olaraq seçilən 90 nəfərə təhlükəsiz və nəzarət altında olan mühitdə COVID-19 virusu inyeksiya ediləcək. Həmin şəxlər hər an tibb işçilərinin müşahidəsi altında olacaq.

"Human Challenge" adı verilən tədqiqatda İngiltərə hökumətinin peyvənd qurumu, "Imperial College London", "Royal Free London NHS Foundation Trust" ve "hVIVO" şirkəti iştirak edirlər. Peyvənd qurumunun rəhbəri Clayv Diks "İngiltərəni bir sıra təhlükəsiz və effektli peyvəndlərlə təmin etdik, ancaq virusun tamamilə yox olması üçün COVID-19-a qarşı yeni peyvənd və müalicə üsulları inkişaf etdirməliyik", – deyə bildirib.

"Bu tədqiqat virusun necə işlədiyinə dair misilsiz məlumatlar əldə etməyə imkan verəcək və hansı peyvənd preparatının infeksiyanın qarşısını almaqda daha təsirli olduğunu anlamağımıza kömək edəcək", – deyə o vurğulayıb.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (630)
Teqlər:
könüllü, yoluxma, Böyük Britaniya, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular