00:11 04 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
SƏHİYYƏ
Qısa URL
3710

Profilində diplomlu psixoloq olduğu qeyd olunan video müəllifi deyib ki, bu üsulu o özü də bir psixologiya müəllimindən öyrənib

BAKI, 17 fevral - Sputnik.  TikTok sosial şəbəkəsinin Psychologee ayamalı istifadəçisi video paylaşaraq cəmi beş dəqiqə ərzində yuxuya getməyin sirrini açıqlayıb.

"Bir-birilə heç bir əlaqəsi olmayan əşyaları fikrinizdə sadalamağa başlayın", - qız deyib.

Onun sözlərinə görə, ağlınızdakı əşyalar nə qədər çox təsadüfi olsa, bir o qədər yaxşıdır. O qeyd edib ki, bu üsul ona yuxusuzluğun öhdəsindən gəlməyə yardım edib. Profilində diplomlu psixoloq olduğu qeyd olunan video müəllifi deyib ki, bu üsulu o özü də bir psixologiya müəllimindən öyrənib. 

Videoya iki gün ərzində yarım milyon istifadəçi baxıb.

Teqlər:
yuxu, yuxusuzluq

Əsas mövzular