13:07 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (630)
23 0 0

"Təəssüf ki, əsl alimlərin səsini eşitmirik, ancaq əsassız, qorxuducu xəbərdarlıqlar səslənir. Hərə bir tərəfdən bu cür bəyanatlar verir, sonra da təəccüblənirlər ki, insanlar peyvənddən qaçırlar", - immunoloq

BAKI, 11 fevral - Sputnik. Uşaqlar koronavirus əleyhinə peyvənd olunmamaqlarına rəğmən, kütləvi vaksinasiyanın sayəsində kollektiv immunitet yaranacaq. Bunun əksini iddia edən mifi Xadassa Eyn-Kerem xəstəxanasının universitet kllinikasının şöbə müdiri, immunoloq, professor Polina Stepenskaya RİA Novosti ilə söhbətində dağıdıb. 

Fransada epidemioloji vəziyyət, arxiv şəkli
© REUTERS / GONZALO FUENTES

Professor ümumilikdə İsrailin Səhiyyə Nazirliyinin bu barədə narahatlığını əbəs sayıb. Bu ölkədə 3.5 milyon nəfərə peyvənd vurulub. Daha 700 min insan koronavirusa yoluxub. Yəni 4.2 milyon insanın artıq immuniteti var. Ancaq Stepenskayanın sözlərinə görə, ölkədə neçə uşağın COVID-19-a tutulduğu yoxlanılmayıb: "Çünki onlar xəstəliyi simptomsuz olaraq keçiriblər. Hesab edirəm ki, biz nəhəng addımlarla kollektiv immunitetə yaxınlaşırıq". 

"Adi koronavirus üçün belə hesablanıb ki, kollektiv immunitetin yaranması üçün insanların 43-75 faizi immunlaşdırılmış olsun - yəni ya xəstələnib sağalsın, ya da peyvənd olunsun. Bu, elmi mətbuatda dərc olunmuş məlumatlardır", - professor deyib. O əlavə edib ki, hətta COVID-19-un Britaniya ştammına yoluxma şərtlərində əhalinin 75 faizinin immunitetinin olması yetərlidir. 

Bundan bir qədər öncə Knessetdə ölkənin İctimai Səhiyyə Xidmətinin direktoru Şaron Alroi-Prays deyib ki, uşaqlar peyvəndləmədən kənarda qalırlar, bu isə o deməkdir ki, kollektiv immunitetin yaranmasında problem olacaq. 

Stepenskaya qeyd edib ki, bu cür narahatlıqların heç bir elmi əsası yoxdur. 

"Təəssüf ki, əsl alimlərin səsini eşitmirik, ancaq əsassız, qorxuducu xəbərdarlıqlar səslənir. Hərə bir tərəfdən bu cür bəyanatlar verir, sonra da təəccüblənirlər ki, insanlar peyvənddən qaçırlar", - immunoloq deyib. 

 

Mövzu:
Yeni tip koronavirus pandemiyası (630)
Teqlər:
immunitet, kollektiv, Uhan, uşaqlar, vaksinasiya, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular