04:42 27 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
SƏHİYYƏ
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (446)
59 0 0

"Müqaviləyə əsasən, ayda bir dəfə dezinfeksiya etməli olduğumuz məktəbi pandemiya olduğu üçün ayda dörd dəfə dezinfeksiya edirik" - mərkəz rəhbəri

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. Azərbaycanda dərslərin başlanması ilə bağlı məktəblərin dezinfeksiyası tədbirləri gücləndiriləcək. Bu sözləri Bakı Şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib. Onun sözlərinə görə, məktəblərin dezinfeksiyası onların ölçüsünə və şagird növbəliliyinə uyğun olaraq aparılır: "Bakıda məktəblərin bizimlə müqaviləsi var. Bizim rayonlarda məktəblərlə müqavilə bağlamaq üçün üç şöbəmiz fəaliyyət göstərir. Müqaviləyə əsasən, ayda bir dəfə dezinfeksiya etməli olduğumuz məktəbi pandemiya olduğu üçün ayda dörd dəfə dezinfeksiya edirik".

A. Məmmədov bildirib ki, bununla belə, məktəblər həftə sonu aparılan dezinfeksiya tədbirləri ilə kifayətlənməməlidirlər:

"Məktəblər özləri də pandemiya dövründə cari dezinfeksiya işləri aparmalıdırlar. Mütləq qapıların, pəncərələrin əl tutan yerləri, pilləkənlərin sürahilərinin şagirdlərin əllə toxunduğu yerlər gündəlik dezinfeksiya edilməlidir. Biz məktəbləri şagirdlərin zəhərlənməməsi, allergiya olmaması üçün ancaq şənbə və bazar günləri dezinfeksiya edirik. Amma cari dezinfeksiyanın aparılması pandemiya davam etdiyi dövrdə mütləqdir".

A.Məmmədov bildirib ki, iki növbə fəaliyyət göstərən məktəblərdə cari dezinfeksiyanın aparılması hər növbədən sonra mütləqdir.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (446)
Teqlər:
dezinfeksiya, məktəb

Əsas mövzular