13:26 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
SƏHİYYƏ
Qısa URL
20 0 0

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Vüqar Qurbanov bildirib ki, əlavə olunan yeni xidmətlər əhalinin daha çox ehtiyac duyduğu xəstəliklər üzrə olacaq

BAKI, 4 fevral — Sputnik. İcbari tibbi sığorta zərfinə kardioloji və neyroloji xidmətlər əlavə edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Vüqar Qurbanov 2020-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, əlavə olunan yeni xidmətlər əhalinin daha çox ehtiyac duyduğu xəstəliklər üzrə olacaq: "Xidmətlər zərfinə kardioloji və neyroloji xidmətlər əlavə edilib. Buraya açıq və qapalı ürək əməliyyatları, invaziv radiologiya xidmətləri daxildir. Ötən il agentlik tərəfindən 2500-ə yaxın tibbi xidmət əhatə olunub. Bu sayın 3000-ə qədər artırılması nəzərdə tutulur. Vətəndaşlar xidmətlər zərfinə aid olan xidmətlərin heç birinə görə ödəniş etməyəcək. Bunun üçün vətəndaşların icbari tibbi sığorta haqqı ödəməsi kifayətdir".

Əsas mövzular