CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı azaldı

© Sputnik / Murad OrujovBakıda klinikaların birində koronavirus testi
Bakıda klinikaların birində koronavirus testi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu günün statistikası sevindirir: Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı azalıb. Dünən 209 yeni yoluxma və 8 ölüm faktı qeyd alınmışdı

BAKI, 29 yanvar — Sputnik. Azərbaycanda son sutkada koronavirusa 142 yeni yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 553 nəfər müalicə olunaraq sağalıb, 3 119 nəfər vəfat edib. Hazırda 4 263 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 342, bu günə qədər isə ümumilikdə 2 394 476 test icra olunub.

Xəbər lenti
0