21:27 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
5 0 0

Həkim: "Otağınızı gündə ən azı iki dəfə havalandırın, antidepresanlardan imtina edin, nazik paltarda yatın, limonaddan imtina edin və sakit əhval-ruhiyyəni qoruyun".

BAKI, 12 yanvar — Sputnik. Gecə tərləməsi bir çox xəstəliyin ümumi simptomudur.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ancaq hər gecə tərləməsini xəstəlik əlaməti olaraq qəbul etmək də düzgün deyil.

Gecələr tərləməmək üçün hər bir insan üçün optimal olan otaq temperaturunu tənzimləmək lazımdır.

Gecə həddindən artıq tərləmə hipertoniya, işemiya, tromboflebit, miokard infarktı, revmatizm kimi ciddi ürək-damar xəstəliklərinin səbəbi ola bilər.

Bu barədə kardioloq Oleq Volkov danışıb. O, bildirib ki, xəstəliklər zamanı bədən stresli bir vəziyyəti əks etdirir və xəstəliklə mübarizə aparmaq üçün avtonom sinir sistemini aktivləşdirir. Əzələlər sıxılır, tənəffüs sürətlənir, bədən yapışqanlığı müşahidə edilir. Ovuc və qasıq nahiyələrində tər yaranır.

Artan hiperhidroz digər xəstəlikləri də əks etdirdiyi üçün düzgün diaqnoz qoymaq vacibdir. Bunun üçün bədənin geniş diaqnostikası tələb olunur. Ultrasəs, elektrokardiogram, maqnetik rezonans görüntüləmə və ya kompüter tomoqrafiyasından keçmək lazımdır.

Gecə tərləməsinin dəqiq səbəbini müəyyən etmək üçün tibbi müayinə keçirilməlidir. Bu simptom spesifik olmadığı üçün virus, endokrin, yoluxucu xəstəliklər barədə siqnal ola bilər.

Ancaq vərəmlə birlikdə tərləmə ilə yanaşı xəstələrdə öskürək, arıqlama və yüksək hərarət də müşahidə edilir.

"Praktik olaraq sətəlcəm, bronxopnevmoniya, plevrit, infeksion mononukleoz, Parkinson xəstəliyindən əziyyət çəkən bütün xəstələrdə şiddətli tərləmə müşahidə edilir" - bu barədə isə həkim Andrey Kondraxin danışıb.

Andrey Kondraxin qeyd edir ki, temperaturu süni şəkildə endirmək olmaz. Yüksək temperatur zamanı tərləmə çox olur və bu bədənin mübarizəsidir. Bu halda mütəxəssisə müraciət etmək mütləqdir.

Uşaqlarda gecə tərləmələri (xüsusən də başın arxasında) D vitamini çatışmazlığını, həmçinin anadangəlmə ürək xəstəliyini və ya beyin iflicinin əlaməti ola bilər. 3 yaşdan 12 yaşa qədər uşaqlarda gecə tərləməsinin ümumi səbəbi gecə qorxusudur.

Andrey Kondraxinin sözlərinə görə, sadalanan xəstəliklərə yanaşı, diabet xəstələrində də gecə tərləmələri müşahidə edilir. Lakin bunun yanında xəstədə zəiflik, aclıq hissi də olur. Gecə tərləmələri sistematikdirsə (xroniki), tibbi müayinədən keçməlisiniz. Bu hal xüsusi pəhrizlə də aradan qaldırıla bilər.

"Otağınızı gündə ən azı iki dəfə havalandırın, antidepresanlardan imtina edin, nazik paltarda yatın, limonaddan imtina edin və sakit əhval-ruhiyyəni qoruyun" - deyə həkim vurğulayıb.

Həkim Oleq Volkovun bildirdiyinə görə isə, ürək-damar sistemi ilə əlaqəli təsdiqlənmiş problemlər halında gecə tərləmələrini azaltmaq üçün mütəmadi olaraq, duş qəbul etmək, balanslı pəhriz saxlamaq, bədəni həddindən artıq fiziki fəaliyyətlə yükləməmək, stresdən çəkinmək lazımdır.

Əsas mövzular