16:56 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (580)
26 0 0

COVID-19-a yoluxmuş insan xəstəliyin ən ağır formasının geridə qaldığını və virusa qalib gəldiyini düşünsə də, bütün bu simptomlarla qarşı-qarşıya gələ bilər

BAKI, 8 yanvar — Sputnik. Böyük Britaniyanın Milli Səhiyyə və Qayğı İnstitutunun (NICE) alimləri koronavirusun uzun sürən mərhələyə keçə biləcəyini təsdiqləyiblər. Alimlər bu tip koronavirusun simptomlarını da sadalayıblar. Bu barədə xəbəri RİA Novosti "Express"-ə istinadla yayıb.

Elm adamları bu tip koronavirusun 12 həftədən çox sürə biləcəyini açıqlayıblar. Onların sözlərinə görə, xəstəliyin bu formasında diaqnoz qoymaq çətinləşir, çünki simptomlarda tez-tez dəyişiklik müşahidə olunur. Belə ki, bu halda xəstə döş qəfəsində ağrı, ürək döyüntüsü, daimi narahatlıq hissi və öskürəkdən əziyyət çəkə bilər. Alimlər koronavirusun uzun sürən formasında xəstədə yuxunun pozulması və başgicəllənməsi kimi nevroloji simptomların yarana biləcəyini də istisna etməyiblər. Bununla yanaşı, uzun sürən COVID-19 mədə-bağırsaq problemləri, əzələ və oynaq ağrısı, dəridə səpkilərlə müşayiət olunur.

Beləliklə, COVID-19-a yoluxmuş insan xəstəliyin ən ağır formasının geridə qaldığını və virusa qalib gəldiyini düşünsə də, bütün bu simptomlarla qarşı-qarşıya gələ bilər.

 

Mövzu:
Yeni tip koronavirus pandemiyası (580)
Teqlər:
pandemiya, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular