CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TƏBİB: "Vaksin sehrli çubuq deyil"

© Sputnik / Murad OrujovYaqut Qarayeva, arxiv şəkli
Yaqut Qarayeva, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yaqut Qarayeva: Azərbaycana gətiriləcək peyvəndə böyük ümid bağlayırıq. Amma hər kəs başa düşməlidir ki, vaksin belə sehrli çubuq deyil.

BAKI, 7 yanvar — Sputnik. "COVID-lə mübarizədə bizim bütün ümidimiz vaksindir. Biz bir ildir ki, bu ümidlərlə yaşayırıq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib. O deyib ki, COVID-lə mübarizədə təmsil etdiyi qurumun bütün ümidi vaksindir:

"Biz bir ildir ki, bu ümidlərlə yaşayırıq. Yayda xəstəlik kəskin şəkildə artdı. Hətta ikinci dəfə bu virusa yoluxma qeydə alındı. Artıq biz başa düşürük ki, çıxış yolu vaksinasiyadır. Bütün dünyada vaksinin seçimi ilə bağlı əsas xüsusiyyətlər var. Əsas məsələ peyvəndin ziyansız olmasıdır. İkinci vacib məqam onun effektivliyidir. Bəzi peyvəndlər var ki, onların saxlanılması üçün biz müəyyən hazırlıq prosesi keçməliyik. Ona görə də biz Azərbaycanda rahat istifadə ediləcək peyvəndi seçməliyik".

Y.Qarayeva qeyd edib ki, Türkiyə vasitəsilə peyvəndlərin gətirilməsi barədə danışılırsa, Azərbaycan GAVI (Global Alliance for Vaccines) vasitəsilə də peyvənd alacaq:

"Amma GAVI-dən peyvənd aprel ayında olacaq. Biz istəyirik ki, bu proses uzun çəkməsin. Gələn ilə koronavirusa qarşı bir neçə peyvəndlər təklif olunacaq. Azərbaycana gətiriləcək peyvəndə böyük ümid bağlayırıq. Amma hər kəs başa düşməlidir ki, vaksin belə sehrli çubuq deyil. Bir insan peyvənd vurdurursa onun bədənində immunitet hələ inkişaf etməyə başlayacaq. Birinci doza vurdurduqdan 14-21 gündən sonra ikinci doza vurulacaq. İkinci dozadan sonra bəlli anticisimlərin əmələ gəlməsini gözləyəcəyik. Bu, o deməkdir ki, çətin olsa da, bir müddət vaksinasiya prosesindən sonra da tibbi maska istifadə edilməli, əl gigiyenası və sosial məsafəni saxlamaq qaydasına ciddi əməl edilməlidir. Hamımız əlbir olub özümüzü qorumalıyıq. Çünki birinci dozanı alıb ikinci doza alana qədər, yəni onda immunitet yaranana qədər təhlükədə olacaq. Ona görə də hər kəs bu məsələyə ciddi yanaşmalıdır".

Xəbər lenti
0