07:20 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
SƏHİYYƏ
Qısa URL
17 0 0

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 502, ötən müddət ərzində isə ümumilikdə 2 163 064 test aparılıb.

BAKI, 28 dekabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 772 yeni yoluxma faktı qeydə alınıb, 3048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 215 483 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 172 019 nəfər müalicə olunaraq sağalıb, 2 538 nəfər vəfat edib, aktiv xəstə sayı 40 926 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 502, ötən müddət ərzində isə ümumilikdə 2 163 064 test aparılıb.

Əsas mövzular