16:32 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
SƏHİYYƏ
Qısa URL
6210

Xatırladaq ki, elektron tullantıların emal edilməsi ilə bağlı 1989-cu ildə Beynəlxalq Bazel Konvensiyası yaradılıb və 1994-cü ildə bütün zəhərli tullantıların zəngin ölkələrdən kaslb ölkələrə idxalı qadağan edilib.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. Hər il dünyada 20-50 milyon elektron tullantı meydana gəlir. Bu da ümumi bərk tullantıların 5%–ni təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəmin 3 qat artacağı gözlənilir. Hazırda Asiyada hər il 12 milyon ton, ABŞ-da 4 milyon ton elektron tullantı meydana gəlir.

Mütəxəssislərə görə, elektron tullantıların yenidən emal edilməsi bəzi ölkələrdə çıxış yolu kimi görünsə də, bu işçilər və ətraf mühit üçün çox təhlükəlidir. Azərbaycanda isə elektron tullantıların utilizasiyası ilə bağlı araşdırmalar aparılır.

"Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasovun sözlərinə görə, hazırda bu istiqamətdə fəaliyyət göstərən potensial rezidentləri cəlb etmək məqsədilə danışıqlar aparılır. Onun fikrincə, əsas məqsəd bu sahə ilə maraqlanan sahibkarları prosesə cəlb etməkdir. Hazırda qurumun Türkiyə müəssisələri ilə üçtərəfli müqaviləyə əsasən bu tullantıların utilizasiyası ilə məşğul olduğunu deyən E.Abbasov vurğulayıb ki, elektron tullantılar toplanaraq utilizasiya üçün Türkiyəyə göndərilir. O qeyd edib ki, gələcəkdə Azərbaycanda bu işlərin qurulması planlaşdırılır. Proseslərə beynəlxalq ekspertlərin də cəlb olunması nəzərdə tutulub. Ancaq əsas məqsəd bu işlərin özəl sektor tərəfindən reallaşdırılmasıdır. Onlara "Təmiz şəhər" ASC –nin lazımı dəstək verəcəyi də qeyd edilib.

Elektron tullantıların digər məişət tullantıları ilə birlikdə atılması, yandırılması təkcə insan sağlamlığı üçün deyil, bütün canlılar, ətraf mühit üçün təhlükəlidir.

Ekoloq Vaqif Əliyevin sözlərinə görə, elektron tullantılar zibilliklərə atılan zaman torpağa və yeraltı sulara qarışır, zəhərləyir, sonra buxarlanaraq, atmosferə qarışıb təhlükə yaradır.

"Belə tullantıların yandırılması da təhlükəlidir. Bu zaman atmosferə kadmiyum və civə yayılır. Civə xüsusilə qida zənciri ilə yayılır. Məsələn, balıqların orqanizmində toplanır. Plastiklərin tərkibində PVC və bromin varsa, bunlar daha çox təhlükəli olur. Yandırılan zaman xərçəngə səbəb olan dioksinlər və furan birləşmələri atmosferə qarışır", - deyə o bildirib.

Mütəxssis qeyd edib ki, elektron tullantılar dedikdə, elektrik və elektron cihazlar nəzərdə tutulur. Bura televizor, kompüter, telefon, fax, ekranlar, tibbi cihazlar və s. aid edilir. Bu məhsullar plastik, metal və şüşədən ibarət olur. Bu səbəbdən də elektron tullantılar parçalandığı və yandırıldığı zaman təhlükəli olur.

Elektron tullantıların tərkibində 1000-dən çox maddə var.

Xatırladaq ki, elektron tullantıların emal edilməsi ilə bağlı 1989-cu ildə Beynəlxalq Bazel Konvensiyası yaradılıb və 1994-cü ildə bütün zəhərli tullantıların zəngin ölkələrdən kasıb ölkələrə idxalı qadağan edilib.

Müqaviləyə görə, təhlükəli tulantılar ölkələr daxilində azaldılmalı və bunun həlli ölkə daxilində olmalıdır.

Dünyada 149 ölkə Bazel Konvensiyasına qoşulub.

Əsas mövzular