18:04 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (579)
24 0 0

İlkin hesablamalara görə, Britaniyada aşkar olunan virusun yeni variantı adi ilə müqayisədə 70% daha çox yoluxucu ola bilər.

BAKI, 21 dekabr — Sputnik. Rusiyanın koronavirusa qarşı "Sputnik V" peyvəndi Avropada aşkarlanmış SARS-CoV-2 virusunun yeni mutasiyasına qarşı effektiv olacaq.

Sputnik "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun direktoru Kiril Dmitriyev məlumat verib.

""Sputnik V"-nin Avropada tapılan yeni bir mutasiyaya qarşı yüksək dərəcədə təsirli olduğunu təsdiqləyirik. Eyni zamanda o, S-proteinindəki əvvəlki mutasiyalara baxmayaraq mövcud virusa qarşı təsirlidir", - deyə o bildirib.

Bir müddət əvvəl Böyük Britaniyada SARS-CoV-2 koronavirusunun yeni bir mutasiyası aşkar edilib.

İlkin hesablamalara görə, virusun yeni variantı adi ilə müqayisədə 70% daha çox yoluxucu ola bilər.

Xəstəliyin ölüm və ya xəstəxanaya yerləşdirilmə baxımından daha təhlükəli olduğu da hesab edilir.

 

Mövzu:
Yeni tip koronavirus pandemiyası (579)
Teqlər:
Sputnik-V peyvəndi, vaksin, effekt, mutasiya, yeni, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular