22:18 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
42 0 0

Yeni növ koronavirusa yoluxmuş insanlar bu azardan sağalmamış başqa təhlükələrlə üz-üzə qala bilərlər.

BAKI, 12 dekabr — Sputnik. Hazırda bütün dünyanı cənginə almış COVID-19 virusuna yoluxma zamanı ən geniş yayılmış simptomlardan biri də xəstə insanda iybilmə qabiliyyətinin itməsidir. Həkim və teleaparıcı Yevgeni Komarovskinin sözlərinə görə, bu hal gözlənilməz təhlükələrə səbəb ola bilər.

Sputnik-Azərbaycan-ın Lenta.ru portalına istinadla yaydığı xəbərə görə, həkim qeyd edib ki, xüsusuilə, iki halda iybilmənin itməsi insan həyatı üçün real təhlükə yaradır: "Bunlardan birincisi ondan ibarətdir ki, biz ərzaq məhsullarının keyfiyyətini iybilmə qabiliyyətimiz sayəsində müəyyənləşdiririk". Koronavirus xəstəsində bu qabiliyyətin itməsi onun həm də zəhərlənməsinə gətirib çıxara bilər. Odur ki mütəxəssis koronavirus infeksiyasına yoluxan şəxsləri ərzaq məhsullarından istifadə etməmişdən əvvəl ətrafdakı insanlardan yardım almağa çağırıb.

Bundan başqa, iybilmə qabiliyyətini itirən xəstə tüstü və təbii qaz qoxusunu da hiss etmir ki, bu da ağır fəsadlara gətirib çıxara bilər. Həkim qeyd edib ki, hazırda soyuq mövsüm başladığından, qaz qurğuları, tüstü bacaları və s. diqqətlə yoxlanılmalıdır.

Teqlər:
həkim, tüstü, xəstə, COVID-19, Koronavirus

Əsas mövzular