15:59 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
SƏHİYYƏ
Qısa URL
18 0 0

Ümumdünya Səhiyyə Təşkilatı Səhiyyə Nazirliyinin Milli qızılca/məxmərək laboratoriyasının fəaliyyətini təqdirəlayiq qiymətləndirib

BAKI, 11 dekabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkəmizdəki Milli qızılca/məxmərək laboratoriyasına göstərdiyi xüsusi qayğı və diqqətə görə Azərbaycan Respublikası səhiyyə naziri Oqtay Şirəliyevə təşəkkür edib. Sputnik Azərbaycan-ın Səhiyyə Nazirliyinə istinadən xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə direktoru Hans Kluqe tərəfindən göndərilən məktubda bildirilib.

Məktubda qeyd olunub ki, ÜST-ün Avropa Regional Bürosunun ekspertləri tərəfindən illik akkreditasiya prosesi çərçivəsində 2020-ci ilin ikinci rübündə ölkəmizdəki Milli qızılca/məxmərək laboratoriyasında yoxlama həyata keçirilib. Nəticələrə əsasən, laboratoriya 2021-ci il üçün ÜST-ün Milli qızılca/məxmərək laboratoriyası kimi tam akkreditasiyadan keçib.

Məktubda laboratoriya işçilərinin akkreditasiyanı uğurla başa vurması ilə yanaşı, müvafiq tövsiyələr də nəzərə çatdırılaraq bildirilib ki, COVID-19 pandemiyası və bununla bağlı epidemioloji vəziyyət ÜST-ün Avropa bölgəsindəki səhiyyə sisteminə mənfi təsir göstərib. Vurğulanıb ki, COVID-19-la bağlı ehtiyacları və çətinlikləri aradan qaldırarkən qızılca və məxmərəyin qarşısını almaq üçün lazım olan laboratoriya və epidemioloji araşdırmaların izlənilməsi də tam təmin olunmalı, eyni zamanda ictimai səhiyyə sahəsində qlobal fövqəladə vəziyyətdə qızılca və məxmərək infeksiyalarına da diqqət ayrılmalıdır.

Teqlər:
məxmərək, qızılca, Səhiyyə Nazirliyi, ÜST

Əsas mövzular