04:01 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
SƏHİYYƏ
Qısa URL
10 0 0

Koronavirusla mübarizə ilə bağlı hökumət qərarına əsasən dekabrın 6-dan Türkiyə vaxtı ilə saat 21:00-dan başlayaraq 56 saat müddətinə “evdə qalmaq” rejimi tətbiq olunub.

BAKI, 6 dekabr - Sputnik. Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasında və gündəlik ölümdə artım davam edir.

Sputnik Azərbaycan Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, dekabrın 6-da ölkə üzrə 174 min 761 nəfər testdən keçirilib. Onlardan 30 min 402 nəfərdə virus əlaməti aşkarlanıb, 6 min 93 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 195 nəfər ölüb, 4 min 11 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 539 min 291 nəfər infeksiyaya yoluxub, 14 min 900 nəfər ölüb.

Qeyd edək ki, koronavirusla mübarizə ilə bağlı hökumət qərarına əsasən dekabrın 6-dan Türkiyə vaxtı ilə saat 21:00-dan başlayaraq 56 saat müddətinə “evdə qalmaq” rejimi tətbiq olunub. Bu rejim bazar ertəsi saat 5.00-a qədər qüvvədə olur. Həftənin digər ilk dörd gündə isə “evdə qalmaq” rejimi saat 20:00-dan 05:00-dək tətbiq edilir.

Bundan başqa, xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı və 20 və bundan aşağı yaş həddə olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməzlər. Bu yaş həddində olanlara şənbə və bazar günü istisna olmaqla digər günlər yalnız saat 13:00-dan 16:00-dək evdən çıxmağa icazə verilir.

Teqlər:
Türkiyə, Koronavirus, COVID-19

Əsas mövzular