BAKI, 30 noyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2981 yeni yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
Hazırkı dövrədək Azərbaycanda 121176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 74902 nəfər müalicə olunaraq sağalıb, 1392 nəfər vəfat edib. Aktiv xəstə sayı 44882 nəfərdir. Ötən müddət ərzində 1728577 test aparılıb. Bugünkü test sayı isə 10342-dir.