BAKI, 27 noyabr — Sputnik. Həkim-dietoloq Maykl Mosli "Express"ə müsahibəsində, II tip şəkər xəstəliyi üçün təhlükəli olan və qanda şəkəri dərhal yüksəldən meyvələrin adını açıqlayıb.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, həkimin fikrincə, manqo, ananas, qovun, banan və digər şirin tropik meyvələrin tərkibində böyük ölçüdə gizlənmiş şəkər olur. Bu da şəkər xəstələrinə zərər verə bilər.
Mütəxəssis şəkər xəstələri üçün giləmeyvə, alma və armudun daha təhlükəsiz olduğunu qeyd edib:
"Sağlam insanlar da karbohidrat qəbulunu azaltmalıdırlar. Qan şəkərinə nəzarət etmək üçün aşağı qlisemik indeksli qidalara - tərəvəz, qoz-fındıq, balıq, bəzi dənli bitkilər və sairəyə üstünlük vermək lazımdır".