17:11 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
SƏHİYYƏ
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (432)
41 0 0

"Vətəndaş qapıdan çölə çıxdısa, blok, binanın qarşısı da ictimai yer adlanır. Yəni iki və daha artıq şəxsin hərəkət etdiyi yer ictimai yer hesab olunur".

BAKI, 23 noyabr — Sputnik. "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir".

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi, polis mayoru Elşad Hacıyev bildirib. E.Hacıyev deyib ki, ictimai yerlər dedikdə, insanların daha çox olduğu - küçə, prospekt, park, məhəllədaxili yerlər nəzərdə tutulur:

"Bir sözlə, ictimai yer insanların yaşadığı evin kandarından başlayır. Vətəndaş qapıdan çölə çıxdısa, blok, binanın qarşısı da ictimai yer adlanır. Yəni iki və daha artıq şəxsin hərəkət etdiyi yer ictimai yer hesab olunur. Qaydaların qapalı yerlərlə yanaşı, açıq hava altında olan istifadəsi məcburi xarakter daşıdığına görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir".

DİN rəmisi qeyd edib ki, "Vətən müharibəsi"ndə birləşdiyimiz kimi, COVID-19-a qarşı da birləşməliyik.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (432)
Teqlər:
maska, xəbərdarlıq, polis, Koronavirus, epidemiya, COVID-19, Azərbaycan

Əsas mövzular