07:48 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
29 0 0

COVİD-19 xəstələri ilə sıx təmasda olan tibb işçiləri üzərində aparılan araşdırma ilginc nəticələri üzə çıxarıb.

BAKI, 21 noyabr — Sputnik. Oksford Universitetinin alimləri COVID-19-a yenidən yoluxma ehtimalı ilə bağlı bir araşdırmaya imza atıblar.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, alimlər 6 ay müddətində yenidən bu virusa yoluxma ehtimalının çox az olduğunu bildiriblər.

Alimlər qeyd ediblər ki, T- hüceyrələri COVID-19-dan sağalan şəxslərdə 6 ay ərzində yenidən yoluxma ehtimalını azaldır. Alimlərin bu iddiası isə artıq virusa yoluxub sağalan 40 milyondan artıq şəxs üçün sevindirici xəbərə çevrilib.

Eyni zamanda alimlər COVİD-19 xəstələri ilə sıx təmasda olan tibb işçilərinin üzərində də bir araşdırma aparıblar. Aprel-noyabr ayları ərzində 11 min 52 tibb işçilərindən 6 ay müddətində yalnız 89 nəfərin virusa yoluxduğu aşkarlanıb.

Teqlər:
hüceyrə, xəstə, təkrar yoluxma, Oksford Universiteti, Koronavirus, COVID-19

Əsas mövzular