23:22 23 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
92 0 0

İndiyədək ümumilikdə 73429 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 54049 nəfər müalicə olunaraq sağalıb

BAKI, 14 noyabr — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1849 yeni yoluxma faktı qeydə alınıb, 1048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-a bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat daxil olub. Xəbərə görə, son sutkada 19 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ümumilikdə 73429 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 54049 nəfər müalicə olunaraq sağalıb, 946 nəfər vəfat edib, aktiv xəstə sayı 18434 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13325, ötən müddət ərzində isə ümumilikdə 1502707 test aparılıb.

Əsas mövzular