20:35 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
69 0 0

Ölkədə son sutka ərzində 13290, hazırkı dövrədək isə 1404543 test aparılıb. Azərbaycanda indiyədək ümumilikdə 60873 nəfər koronavirus infeksiyasına yoluxub.

BAKI, 5 noyabr — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1364 yeni yoluxma faktı qeydə alınıb, 768 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. Ölkədə son sutka ərzində 13290, hazırkı dövrədək isə 1404543 test aparılıb. Azərbaycanda indiyədək ümumilikdə 60873 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 46465 nəfər müalicə olunaraq sağalıb, 794 nəfər vəfat edib, aktiv xəstə sayı 13614 nəfərdir.

Əsas mövzular