10:36 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
41 0 0

Texas Universitetinin alimləri virusunun dayanıqlığını müəyyən etmək üçün onun müxtəlif genetik variantlarını araşdırıblar.

BAKI, 3 noyabr — Sputnik. Amerika alimləri SARS-CoV-2 virusunun yeni mutasiyalarını üzə çıxarıblar. Virusun yeni növlərindən biri daha yoluxucudur. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı xəbərə görə, alimlərin elmi işinin nəticəsi "mBIO" jurnalında öz əksini tapıb.

Qeyd edək ki, pandemiyanın birinci dalğasında S-proteininə təsir göstərən D614G mutasiyası Hyustondakı COVID-19 xəstələrinin 71 faizində qeydə alınmışdı. İkinci dalğada isə bu mutasiyasının yayılması 99,9 faizə yüksəlib. Mütəxəssislərin fikrincə, virusun sözügedən mutasiyası bütün dünyada xəstəliyə yoluxmuş insanlar üçün xarakterikdir.

Texas Universitetinin alimləri virusunun dayanıqlığını müəyyən etmək üçün onun müxtəlif genetik variantlarını araşdırıblar. Onlar üzə çıxarıblar ki, D614G mutasiyası virusun patogenliyinə təsir göstərmir, ancaq təbii seçmə əlamətləri onun düşdüyü mühitə daha çox uyğunlaşmasına gətirib çıxarır. Buna görə də alimlər yeni mutasiyanın SARS-CoV-2-nin yoluxma qabiliyyətini artırdığı qənaətinə gəliblər.

Eyni zamanda, laboratoriya təcrübələri göstərib ki, ən azı bir yeni mutasiya virusun insanların SARS-CoV-2 infeksiyaları ilə mübarizə aparmaq üçün təbii olaraq yaratdığı neytrallaşdırıcı antikordan yayına bilir. Mütəxəssislərin fikrincə, bu xüsusiyyət virusun həmin növünün immun sistemini aldatmasına imkan verə bilər.

Ümumilikdə, tədqiqat çərçivəsində koronavirusun 285 mutasiyası aşkar edilib.

Əsas mövzular