04:59 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
13 0 0

Dr. Volfqanq Maniqin başçılıq etdiyi heyət ilə TƏBİB-in Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Ramin Ağayevin başçılıq etdiyi heyət sözügedən yardımın qəbul edilməsi məqsədilə təhvil-təslim mərasimində iştirak ediblər

BAKI, 7 oktyabr — Sputnik. Almaniya Federativ Respublikasının Federal Xarici İşlər Nazirliyi koronavirus pandemiyası ilə mübarizədə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycan Respublikasına texniki yardım göstərmək məqsədilə 6 ədəd "Dräger Evita V600" süni tənəffüs aparatını ölkəmizə göndərib. Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, oktyabrın 7-də Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr. Volfqanq Maniqin başçılıq etdiyi heyət ilə TƏBİB-in Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Ramin Ağayevin başçılıq etdiyi heyət sözügedən yardımın qəbul edilməsi məqsədilə təhvil-təslim mərasimində iştirak edib.

Tədbirdə R.Ağayev Almaniyanın ölkəmizdəki səfiri Dr. Volfqanq Maniqə Azərbaycana göndərilən texniki yardıma və göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Teqlər:
süni tənəffüs aparatı, Azərbaycan, Almaniya, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular