01:00 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
1512 0 0

Qırmızı ət istehlakının xərçəngə səbəb olduğu barədə iddia əsassızdır, vegetarianlığın tərəfdarları və qeyri-ənənəvi müalicə üsulları təklif edənlər tərəfindən irəli sürülür.

BAKI, 31 avqust — Sputnik, Əlfiyə Yenikeyeva. 2015-ci ildən bu yana qırmızı və təkrar emal edilmiş ət Beynəlxalq Xərçəng Xəstəliklərinin Tədqiqi Agentliyi tərəfindən hazırlanmış mümkün və təsdiq edilmiş kanserogenlər siyahısına daxil edilib. Alimlər bu məhsullarla bədxassəli şişlərin müxtəlif növləri arasında əlaqə aşkarlayıblar. Ancaq bu yaxınlarda həmin nəticələri təkzib edən araşdırmalar ortaya çıxıb. Diskussiya alovlanıb. RİA Novosti bu mübahisədə kimin haqlı olduğunu araşdırıb.

Kolbasa və ətdən törəyən xəstəliklər

2015-ci ilin oktyabr ayında on ölkədən 22 ekspert milyonlarla nümunəni təhlil edərək birmənalı nəticəyə gəlib: qırmızı və emal edilmiş ət sağlamlıq üçün təhlükəlidir. Onların hesablamalarına görə, hər 50 qram kolbasa, sosis və ya kotlet yoğun bağırsağın xərçəng riskini 18 faiz artırır. Bundan əlavə, kişilərdə mədəaltı vəzi və prostat vəzi xərçəngi ilə xəstələnmə riskini də əhəmiyyətli dərəcədə yüksəldir.

Bu məlumatlara əsaslanaraq, Beynəlxalq Xərçəng Xəstəliklərinin Tədqiqi Agentliyi qırmızı və təkrar emal edilmiş əti mümkün və təsdiqlənmiş kanserogenlər siyahısına daxil edib. Ətin spirt, siqaret tüstüsü və arsenlə yanaşı, ən yüksək kanserogen təhlükə kateqoriyası təyin edilib. Bütün bunlara baxmayaraq, yaxın günlərdə mütəxəssislər ətin zərərli olmadığını aydınlaşdırıblar. Məsələ onun emalı -konservasiya, hisə verilmə, qızarma və duzlanma zamanı istifadə olunan kimyəvi maddələrdə imiş.

Bununla yanaşı, Braziliya və amerikalı bioloqlar kanserogenin qırmızı ətin tərkibində olan Monosaxarid N-qlikolilneyramin turşusunun (Neu5Gc) insan orqanizmindəki şəkərlə bağlatı qurmağa və hüceyrələrin bir hissəsinə çevrilməyə qadir olduğunu düşünürlər. İmmunitet sistemi belə hüceyrələri yad kimi qəbul edir və iltihab prosesi başlayır. Bu, çox güman ki, xərçəng riskini artırır.

Sonradan bu nəticələr yalnız təsdiqləndi. Beləliklə, 2018-ci ildə Lida Universitetinin (Böyük Britaniya) britaniyalıların qida vərdişlərini öyrənən tədqiqatçıları qırmızı ətdən quş və ya balıqların xeyrinə imtina edən insanların onkoloji xəstəliklərdən daha az əziyyət çəkdiyini aşkar etdilər. İngilis və fransız onkoloqlarının hesablamalarına görə, bağırsaq xərçəngi ehtimalı gündə 76 qram qırmızı və emal edilmiş ət yeyənlərdə, ondan 20 qram az yeyənlərə nisbətən 20 faiz yüksəkdir.

Qorxunun gözləri böyükdür

Lakin ötən ilin oktyabrında "Annals of Internal Medicine" elmi jurnalı qırmızı və təkrar emal edilmiş ətin ziyanını sübut edən bir sıra məqalələr dərc edib. Bu mövzu ilə bağlı bir neçə araşdırmanın nəticələrini öyrənərkən məlum olub ki, ən azı dörd metaanalizin heç biri xərçəng və ya ürək-damar xəstəliklərinin yaranmasının qırmızı ətlə əlaqədar olduğunu təsdiqləməyib.

Belə ki, onkoloqlar işlərin birində ümumilikdə altı milyondan çox insanın iştirak etdiyi 105 araşdırmanın məlumatlarını təhlil ediblər. Onların arasında ət yeyənlər (gündə beş porsiyadan çox), vegetarianlar və yalnız iki porsiya qırmızı ətlə kifayətlənənlər olub. Könüllülərin müşahidə müddəti iki ildən 34 ilədək dəyişib.

Məlum olub ki, bədxassəli şişlər, o cümlədən yoğun bağırsaq, döş və prostat xərçəngi kolbasa və kotlet həvəskarlarına nisbətən, heyvan mənşəli məhsullardan tamamilə imtina edənlərdə və ya onların istehlakını məhdudlaşdıranlarda daha tez-tez baş verir. Bundan əlavə, ət diyetası ilə miokard infarktı riski və ya işemik ürək xəstəliyi arasında statistik əhəmiyyətli bir korrelyasiya aşkar edilməyib.

Oxşar nəticələr dörd milyon adamın iştirakı ilə aparılmış 61 tədqiqat əsasında ikinci metaanalizin müəllifləri tərəfindən də əldə edilib. Ürək-damar xəstəlikləri, bütün səbəblərdən ölüm riski ilə qırmızı və emal edilmiş ət istehlakı arasında əlaqə müəyyən edilməyib.

Ət məhsullarından tam imtinaya gəldikdə, üçüncü və dördüncü məqalələrin müəllifləri bu halda bədxassəli şişlərin ehtimalının əhəmiyyətli dərəcədə azaldılmasını müşahidə etməyiblər. Beləliklə, tədqiqatçılar qeyd ediblər ki, sağlamlıqla bağlı ciddi nəticələrindən qorxmadan kolbasa, sosis və kotlet yeməyə davam edə bilərsiniz.

Ətə qarşı xüsusi istək

"Annals of Internal Medicine"-nin bu nömrəsi dərhal qəzəbli tənqidlərin hədəfi olub. Amerika Kardiologiya Assosiasiyası, Amerika Onkologiya Cəmiyyəti və Harvard İctimai Səhiyyə Məktəbi bunun əleyhinə çıxıblar. Alimlər qeyd ediblər ki, bu cür nəşrlər ümumiyyətlə qidalanma və elmi tədqiqatlar haqqında elmə inamı azaldır. Mütəxəssislər məqalə müəlliflərinin qənaətinin onların təhlil etdikləri məlumatlarla ziddiyyət təşkil etdiyini vurğulayıblar.

Bəziləri hətta jurnaldan bu məqalələrin qaldırılmasını israrla tələb edirdilər. Lakin bu cür ifrat tədbirlərin görülməsi tələbi, bir qayda olaraq, vegetarianlığın tərəfdarları və qeyri-ənənəvi müalicə üsulları təklif edənlər tərəfindən irəli sürülür.

Nə olursa olsun, qırmızı və emal edilmiş ətin sağlamlıq qorxusu olmadan istehlak edilə biləcəyi barədə məqalələr hələ də yerindədir. Oxşar məqalələr hələlik görünmür. Amma ət pəhrizinin ziyanı haqqında yeni məqalələr ortaya çıxmaqdadır.

Belə ki, Şimal-qərb və Kornell universitetlərinin (ABŞ) alimləri müəyyən ediblər ki, həftədə iki porsiya qırmızı, emal edilmiş ət və ya quş əti (balıqdan tam imtina olunmaqla) ürək-damar xəstəlikləri ehtimalını üç-yeddi faiz, bütün səbəblərdən ölüm riskini isə üç faiz artırır.

Əsas mövzular