18:05 18 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Dünyanı cənginə almış bəla (478)
396 0 0

"Bu virus da çox sabitdir, çox dəyişikliyə uğramır. Ona görə də biz yalnız mutasiyanın olub-olmamasına deyil, eyni zamanda da onun müxtəlif insanlarda özünü necə xarakterizə etdiyini də öyrənirik" - ÜST rəsmisi.

BAKI, 26 avqust — Sputnik. "ÜST COVID-19-la bağlı yeni işçi qrupu yaratdı. Bu qrup hər bir nümunə üzərində araşdırma aparır. Hazırda da alimlər COVID-19-un genetik strukturu ilə bağlı araşdırma aparırlar. Mutasiya ilə bağlı vacib məqam budur ki, bəzi viruslar tez-tez dəyişir, bəziləri isə sabit qalır. Bu virus da çox sabitdir, çox dəyişikliyə uğramır. Ona görə də biz yalnız mutasiyanın olub-olmamasına deyil, eyni zamanda da onun müxtəlif insanlarda özünü necə xarakterizə etdiyini də öyrənirik".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə ÜST-ün mətbuat katibi Marqaret Harris "REAL"a açıqlamasında deyib.

O bildirib ki, viruslar adətən mutasiyaya uğradıqda daha az təhlükəli olurlar: "Əslində virus mutasiyaya uğramaqla bizimlə yaşamağı, sağ qalmağı öyrənməyə çalışır. Çox sayda insanları öldürdükdə bu, onlar üçün uğursuz ola bilər. Yəni,  müəyyən funksiya göstərmələri üçün hüceyrəmizdə qalmalıdırlar".

Mövzu:
Dünyanı cənginə almış bəla (478)

Əsas mövzular