05:18 24 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
19 0 0

Həkim-infeksionist Fərrux Sədirov deyib ki, Almaniyada fevral-aprel ayları ərzində 10 min xəstədən 22%-i ölüb.

 

BAKI, 21 avqust — Sputnik. Ümumilikdə Azərbaycanda koronavirusa yoluxub ölənlər 1%-dən aşağıdır. Bunu  Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.

O, bildirib ki, İranda, Çində, Avropada bu rəqəmlər daha çoxdur: "Bu karantin tədbirlərinin operativ şəkildə təqdim olunması ilə əlaqəlidir. Bu gün dünya nəyi bilirsə, biz onu bilirik, onu təqdim edirik. Bu gün bizdə ölüm faizi çox aşağıdır”.

Fərrux Sədirov deyib ki, Almaniyada fevral-aprel ayları ərzində 10 min xəstədən 22%-i ölüb. Onun sözlərinə görə, bu günə qədər Mərkəzi Neftçilər Xəstəxanasına 900 xəstə qəbul olunub.

Əsas mövzular