08:06 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
Dünyanı cənginə almış bəla (482)
280630

Türkiyə yaxın vaxtlarda koronavirus peyvəndini ictimaiyyətə təqdim edəcək. Nəzərə alsaq ki, Azərbaycan və Türkiyə istənilən məsələdə daim bir-birini dəstəkləyirlər, gələcəkdə Türkiyə tərəfindən ölkəmizə koronavirus peyvəndinin tədarükü də olduqca real görünür

Eldar Tanrıverdiyev, Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Kocaeli Universiteti Tibb Müəssisələri və Araşdırma Mərkəzlərinin açılış mərasimində çıxışı zamanı qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Türkiyə yeni koronavirusa qarşı özünün vaksinini hazırlayan ölkələr siyahısında ABŞ və Çindən sonra üçüncü yeri tutur.

O deyib ki, Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatı (TÜBİTAK) tərəfindən yaradılan COVID-19-a qarşı 8 vaksin və 10 preparatın hazırlanması üzərində iş gedir.

Ərdoğan qeyd edib ki, Türkiyə həkimləri tərəfindən hazırlanan koronavirusa qarşı iki vaksin heyvanlar üzərində sınaqlardan müvəffəqiyyətlə keçib: "Onlardan birinin insanlar üzərində kliniki sınaqlarına icazə verilib".

Türkiyə Prezidentinin bu açıqlaması Azərbaycan cəmiyyəti tərəfindən də maraqla qarşılanıb. COVID-19-la mübarizənin ilk günlərindən Türkiyə Azərbaycanın yanında olub və humanitar yardım edib. Rəsmi Ankara virusla mübarizə üçün Azərbaycana tibbi heyətlə yanaşı, humanitar yardım da göndərmişdi. Belə ki, iyulun 5-i Türkiyədən Azərbaycana göyərtəsində 30 ədəd süni tənəffüs aparatı, 55 min ədəd kombinezon, 50 min ədəd N95 maskası, 100 min ədəd cərrahi maska, 5 min tibbi eynək, 200 min əlcək və virusun müalicəsində istifadə olunan 40 min qutu müxtəlif dərman preparatı olan xüsusi təyyarə gəlib. Bundan əlavə, Azərbaycan və Türkiyə beynəlxalq müstəvidə də COVID-19-a qarşı mübarizədə birgə səy göstərirlər.

COVID-19 vaksininin uşaqlar üzərində sınaqlarının tarixi məlum olub>>

Görünən budur ki, qardaş ölkə Türkiyə yaxın vaxtlarda koronavirus əleyhinə peyvəndi hazırlayaraq ictimaiyyətə təqdim edəcək. Nəzərə alsaq ki, hər iki ölkə - Azərbaycan və Türkiyə istənilən məsələdə daim və istisnasız olaraq bir-birini dəstəkləyir, gələcəkdə Türkiyə tərəfindən Azərbaycana koronavirus peyvəndinin tədarükü də olduqca real görünür.

Məsələ ilə bağlı Türkiyənin ölkəmizdəki səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda isə qeyd olunub ki, Türkiyə bütün imkanları ilə hər zaman Azərbaycanın yanındadır:

"Təbii ki, peyvəndi Azərbaycana da verərik. Biz hər zaman Türkiyənin bütün imkanlarının Azərbaycanın da olduğunu söyləyirik. Yetər ki, peyvənd tapılsın və yetəri qədər istehsal olunsun".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə vaksin hazır olacağı təqdirdə onun Türkiyədən idxalı məsələsinə baxıla biləcəyi bildirilib: "Vaksinlə bağlı təsdiqlənmiş bir yenilik yoxdur. Təsdiqlənmiş vaksin olduğu halda məsələyə baxıla bilər".

Səhiyyə Nazirliyindən isə məsələyə münasibət öyrənə bilmədik.

Mövzu:
Dünyanı cənginə almış bəla (482)

Əlaqədar

Rusiyada koronavirus peyvəndlərini ilk kimlərin alacağı açıqlandı
Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”
Vəssalam! Koronavirusun dərmanına patent aldılar
Vaksin burdaymış! Bizi koronavirusdan barama qurdu xilas edə bilər
Bizi belə xilas edəcəklər? Koronavirus peyvəndinin qiyməti əl yandırır!

Əsas mövzular