08:20 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
50 0 0

Reys Azərbaycan Respublikası Nazirlər Kabineti yanında  Operativ Qərargahın tapşırığına əsasən təşkil olunub.

BAKI, 4 avqust - Sputnik. Bu gün Azərbaycanın milli aviadaşıyıcısı mühüm uçuş icra edərək ölkədə koronavirus xəstəliyi ilə mübarizədə təcrübə mübadiləsi məqsədilə Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yük çatdırıb.  

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, 10 nəfər tərkibdə aparıcı Çinli mütəxəssislərdən ibarət qrup AZAL-ın  xüsusi reysi ilə Bakıya gəlib. Yüksək ixtisaslı tibb mütəxəssisləri koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması ilə məqsədi ilə Azərbaycanlı həmkarları ilə birgə çalışacaq.

AZAL-ın təyyarəsi vasitəsilə Çindən tibbi avadanlıq və qoruyucu vasitələr Azərbaycanın paytaxtına çatdırılıb.

Reys Azərbaycan Respublikası Nazirlər Kabineti yanında  Operativ Qərargahın tapşırığına əsasən təşkil olunub.

Əsas mövzular