19:42 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SƏHİYYƏ
Qısa URL
166801

"İkinci dalğa qışda qarşılaşacağımız problemlərin yanında heç nədir. Normal qış aylarında xəstəxanaların dəhlizləri xəstə ilə dolu olur".

BAKI, 19 iyul — Sputnik. İsrailin Şiba xəstəxanasının baş direktorunun müavini professor Arnon Afek koronavirus pandemiyası ilə əlaqədar xəstəxanalara əlavə pul ayrılmasının vacibliyi barədə xəbərdarlıq edib.

Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.

Afek bildirib ki, xəstəxanalar qış mövsümündə koronvirusla bacara bilməyəcəklər.

"İkinci dalğa qışda qarşılaşacağımız problemlərin yanında heç nədir. Normal qış aylarında xəstəxanaların dəhlizləri xəstə ilə dolu olur. Qripplə koronavirusu ayırmaq mümkün deyil - simptomlar eynidir. İndidən bizə vəsait ayırın, imkan verin ki, İsrail dövlətinin qışda da normal yaşaya bilməsi üçün sipər tikə bilək”.

Əsas mövzular